İnterpress.az-ın verdiyi xəbərə görə, Suriyanın şimalındakı Haseke vilayətinin Qamışlı rayonunda, Hilal qovşağı yolunda baş verən partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb.
Bu barədə xəbəri hadisə yerində olan türkiyəli jurnalist Ferhat Aktaş sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, PKK-nın Suriya qanadı sayılan PYD-nin qərargahı qarşısında minalanmış yük avtomobili partladılıb.
Eyni zamanda, hadisədə 30 evə ciddi zərər dəyib. Suriya dövlət televiziyası patlayışda 170 nəfərin yaralandığını xəbərləyib.
Partlayışı İŞİD terror təşkilatının törətdiyi bəlli olub. Bəzi mənbələr isə bomba yüklü İŞİD terrorçusunun özünü maşında partlatdığını iddia edir.
İnterpress.az