Bunu Interpress.az-a açıqlamasında hüquqşünas Azər Quliyev deyib.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkliatının 2013-cü il və 2014-cü ilin illik hesabatlarda da bu trestdə bir neçə nəfərin ölməsi və ya xəsarət alması ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb. Bu da həmin trestdə əməyin mühafizə qaydalarına əməl olunmaması nəticəsində baş verə bilər:
“Bizim təşkilatda olan məlumata görə 2013, 2014 və 2016-cı ildə baş vermiş bədbəxt hadisəyə görə işəgötürənin heç bir vəzifəli şəxsi məsuliyyətə cəlb olunmayıb. Əgər bədbəxt hadisə baş veribsə və kran aşıbsa, burada əməyin mühafizə qaydalarının pozulması və vəzifəli şəxslərin öz vəzifə funksiyalarını yerinə yetirməməsi baş verib. Bədbəxt hadisənin baş vermə səbəbləri, əgər təhqiqat obyektiv aparılacaqsa, Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaratdığı Komissiyanın araşdırmasından sonra məlum olacaq”.
Xatırladaq ki, Əsədov İntiqam Əsəd oğlu Ə.Əmirov adına NQŞİ –də, Məhərrəm Məhərrəmov Azəriqaz İB-də, Əhmədov Yaşar Nefçala LTD –də, Quliyev Bibiheybətneft NQÇİ xəsarət alıb.
Bundan başqa, Məmmədov Ağaməlik Sübhan oğlu ARDNŞ Texnoloji Nəqliyyat İdarəsində , Muradov Ələddin Paşa oğlu ARDNŞ-nin Nəqliyyat İdarəsində dünyasını dəyişib. \”Neftqaztikinti\” trestinin 4 saylı \”Tikinti Quraşdırma\” İdarəsi-Namik Məmmədov- vəfat edib Bunlar bizim təşkilata məlum olanlardır, ola bilsin ki, bəziləri gizlədilib və ya bizim məlumatımız olmadan bizim tərəfimizdən qeydə alınmayıb
Gülşanə Mustafayeva
İnterpress.az