Bakı-Batumi ilk reysini reallaşdırıbbackend

Bakı-Batumi ilk reysini reallaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirilib ki, sərnişinlərə xidmətin yüksək səviyyədə və keyfiyyətlə aparılması üçün proseslərin avtomatlaşdırılması ən müasir informasiya və kommunikasiya texnologiyalardan və proqram təminatından istifadə edilir. Bütün bu işlərdə əsas məqsəd beynəlxalq və daxili sərnişindaşımada xidmət keyfiyyətini yüksətmək və vətəndaşların təhlükəsizliyini təmin etməkdir.
Bakı-Batumi avtobus reysi həftənin1, 3 və 5-ci günləri fəaliyyət göstərəcək. Reysin yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə – Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00. Nəzərinizə çatdırmaq istəyirik ki, sərnişinləri daşıyan avtobuslar rahat, komfortlu olmaqla bərabər wifi internet şəbəkəsi ilə təchiz edilib.

Sərnişinlər BBAK-a gəlmədən, vaxta qənaət etməklə istər şəhərlərarası, istərsə də beynəlxalq reyslərə online bilet ala bilər.

Bakı-Batumi reysində bilet 1 nəfər üçün 35 manatdır. 5 yaşına qədər uşaqlar üçün pulsuz, 5-10 yaş arası uşaqlar üçün 50 faiz endirimlədir. 10 yaşdan yuxarı uşaqlar üçün isə tam biletdir.

İnterpress.az