Gümrüdə nümayiş: insanlara atəş açırlarbackend

Gümrüdə nümayiş: insanlara atəş açırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Etirazçılar Yerevandakı qiyamçıları dəstəklədiklərini bildirirlər. Polis nümayişçilərin yolunu kəsməyə çalışır. Gərginlik son həddə çatıb.

Nümayişçilərin başı üzərində pilotsuz uçuş aparatı dövrə vurur. Artıq nümayişçilərə qarşı polisin odlu silahdan atəş açdığı barədə də xəbərlər gəlməkdədir.

Yerevandakı qiyamçılara dəstək mitinqində isə hakimiyyətə qarşı yeni tələblər irəli sürülüb.

\”Biz polis tərəfindən saxlanılan bütün insanların azadlığa buraxılmasını, prezident Serj Sarkisyanın isə istefa verməsini tələb edirik\”, – deyə mitinq iştirakçılarından biri bildirib.

Polis isə zəbt olunmuş post-patrul alayının ətrafına əlavə qüvvələr cəlb edib.

Burada da nümayişçilərin başı üzərində pilotsuz uçuş aparatı dövrə vurur.

Polis isə bütün vasitələrlə mitinqi dağıtmaq istəyir. Bir az əvvəl podpolkovnik Ayvazyan irəli çıxıb onlardan küçəni boşaltmalarını tələb etdib. Amma cavabında nümayişçilər onu fitə basıblar. (milli.az)

İnterpress.az