Bu il Qafqaz Universitetinə tələbə qəbulu aparılacaq? – Rəsmi AÇIQLAMAbackend

Bu il Qafqaz Universitetinə tələbə qəbulu aparılacaq? – Rəsmi AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Qafqaz Universitetindən məlumat verilib.

Məlumata görə, bu yazınlarda Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universiteti əvvəlki qaydada tələbə qəbulu apara biləcək.

Universitetdə 29 iyul-10 avqust tarixləri arasında Qafqaz Universitetinə qəbul olmaq istəyən abituriyentlərə ödənişsiz məsləhət xidmətləri göstəriləcək.

Xarici tələbələr üçün məsləhət xidmətinin son müraciət tarixi avqust ayının 30-na kimi olacaq.

BANM-ın idarəçiliyinə verilməsinə baxmayaraq əvvəlki ixtisasları saxlanılan Qafqaz Universitetinə hətta humanitar ixtisaslar üzrə də qəbul aparılacaq.

Xatırladaq ki, iyulun 20-də təsisçinin – SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də əaliyyət göstərir. (modern)

İnterpress.az