Cahangir Hacıyevin bacısından şok müraciətbackend

Cahangir Hacıyevin bacısından şok müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Beynəlxalq Bankının həbsdə olan rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Azərbaycan Maliyyə Nazirliyini və bankın hazırkı rəhbərliyini məhkəməyə saxta sənəd təqdim etməkdə ittiham edir. O, ölkə başçısına yazdığı müraciətin surətini Bizimyol.info saytına göndərib.

Ə.Hacıyeva bildirir ki, ABB 2015-ci ilin iyul ayında onların ailəsinə məxsus səhmlərin alqı-satqısı üzrə sövdələşməni həyata keçirsələr də, onlara heç bir pul ödənməyib. \”Buna görə də, biz məhkəməyə müraciət etməyi qərara aldıq. ABB rəhbərliyi Maliyyə Nazirliyinin həssas rəhbərliyi altında məhkəməyə bizim saxta imzalarımız olan sənədləri təqdim edib. Mənim saxtalaşdırılmış imzam və tarixin qeyd olunduğu saxta məxaric orderini sizin diqqətinizə təqdim edirəm. Təhrik edilməmiş gözlə görmək olar ki, \”30\” tarixi və eləcə də mənim imzam saxtadır. Əlbəttə ki, biz burada olan Məhkəmə Ekspertiza Mərkəzinə və xaricdə olan müstəqil ekspertlərə müraciət edəcəyik. ABB rəhbərliyi Maliyyə Nazirliyinin başçılığı ilə qardaşım Cahangiri sübuta yetirilməmiş və əsaslandırılmamış pul mənimsəməsində günahlandıraraq və qanunun bütün normalarını aşaraq sənədləri saxtalaşdırmış və bizim pullarımızı mənimsəyiblər. Ortaya belə bir sual çıxır: kim kimdən oğurlayıb? ABB digər fiziki şəxslərdən səhmləri toplayaraq məhz onların kreditini bağlayıb. Bəs nə üçün bizim səhmlərlə Cahangirin kredit kartı üzrə olan borclar bağlanmayıb? Bizim pullarımız kimlərin cibinə gedib? Maliyyə Nazirliyinin bədgüman və düşmən münasibəti bizə aydındır, lakin bəs nə üçün Ədliyyə Nazirliyi qərarın bizim əleyhimizə qəbul olunmalı olduğunu diktə edərək məhkəməyə təzyiq edir? Bu cür əsassız fikir onlarda haradandır?\”

 Cahangir Hacıyevin bacısından şok müraciət

Əminə Hacıyeva Cahangir Hacıyevin Həyat Yoldaşı Zamirə Hacıyevanın da məsələsinə toxunub. \”Zamirənin 4 milyonluq kredit kartı üzrə borcu olub ki, o, səhmlərlə bu məbləği ödəyib. Lakin borc hələ də bağlanmayıb. Bəs onda bəzi mətbu orqanlarda deyilən 18 milyon məbləğ haradan götürülüb?\”

Ə.Hacıyeva prezidentə mütaciət edərək, günahsız insanları məhkum etməyə icazə verməməsini xahiş edir.

Qeyd edək ki, C. Hacıyev 2015-ci ilin dekabr ayında həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilir. Cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində icraata verilib. (musavat)

İnterpress.az