Yavər Camalovun milyardlıq sərvətibackend

Yavər Camalovun milyardlıq sərvəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvandakı “Araz” zavodunda partlayış bəzi mübhəmləri üzə çıxarıb…

Hadisə ilə bağlı sensasion iddialar yayılıb.

İddialara görə, son zamanlar bir sıra önəmli strateji müəssisələrdə partlayışlar və yanğınlar silsilə xarakter alıb. Daha əvvəl “Polad İstehsalı”, ardınca “Lider Kola” zavodlarında partlayışlar qeydə alınıb.

Həmçinin, Sumqayıtdakı “Karvan”, Bakıdakı “8-ci kilometr” ticarət mərkəzlərində, bu günlərdə maşın bazarında yanğınlar olub.
Nəhayət, “Araz” zavodunda da partlayışın baş verməsi bəzi şübhələrə yol açıb. Ehtimal olunur ki, hakimiyyət daxilində çaxnaşmaların, oliqarxlar arasında qızğın müharibənin getdiyi artıq bir-birinin biznesinə zərbə vurmaqla müşahidə olunur.

Versiyalara görə, müdafiə sənayəsi naziri Yavər Camalovun da iqtidar daxilindəki çəkişmələrdə iştirak edir və Şirvan faciəs ona komandadakı rəqiblərindən bir mesajdır. Amma bu bir ehtimaldır. Hələ ki ilkin rəylərdə hadisənin səhlənkarlıqdan baş verdiyi söylənir.

Mətbuat isə müdafiə sənayəsi naziri Yavər Camalovun huşu başdan aparan sərvətini açıqlayır. Yavər Camalov təkcə Bakıda onlarla restorana sahiblik edir.
\”Aksessuar İnşaat\”, bahalığı ilə seçilən \”Çinar market\” mağazaları, \”Kral\” şadlıq evi ,\”Olimpik Star\” idman kompleksi də nazirə məxsusdur.

Habelə, \”Ambasador\”, “Modern”, “Şafran” hotelləri \”Niaqara\” və “Qızıl Tac” restoranları da onun biznes şəbəkəsinə daxildir. (politika.az)

İnterpress.az