Azad Rəhimov Böyük Britaniya Parlamentinin üzvləri ilə görüşdübackend

Azad Rəhimov Böyük Britaniya Parlamentinin üzvləri ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən xəbərə görə, görüşdə Mühafizəkarlar, Leyborist və Liberal demokrat partiyalarını təmsil edən 11 parlament üzvü iştirak edib.Görüşdə A. Rəhimov ölkəmizdə I Avropa oyunları, Formula 1 Grand Prix kimi mötəbər turnirlərin keçirildiyini, bununla yanaşı sentyabr ayında paytaxtda Beynəlxalq Şahmat Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəyliyi oyunlarının baş tutacağını qonaqların diqqətinə çatdırıb.

Böyük Britaniya Parlamentinin Azərbaycan qrupunun üzvləri beynəlxalq səviyyəli nüfuzlu yarışların ölkənin imicinə çox müsbət təsir göstərdiyini, son illər isə bu təsirin daha əyani şəkildə göründüyünü qeyd ediblər.

İnterpress.az