Apardığımız araşdırmalardan məlum oldu ki, sözügedən şəkilin Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə heç bir əlaqəsi yoxdur\”.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi \”Facebook\” hesabında məlumat paylaşılıb. Bildirilib ki, şəkli Böyük Britaniyada yaşayan özəl bir satıcı özünün Ebay satış məkanında yerləşdirib:
\”Şəkildə gördüyünüz kimi Azərbaycan Respublikasının dövlət ərazisi yalnış göstərilib, həmçinin, Azəri-Çıraq-Günəşli yataqlarının ehtiyatları barədə yanlış məlumat təqdim olunub. Belə ki, AÇG neft ehtiyatları 6.4 mrd barel deyil, 9 mrd barel təşkil edir. Biz şəkildəki məhsulun satıcısına etirazımızı bildirib şəkildəki yanlış məlumatların silinməsini tələb etdik. Satıcı tələbimizi yaxın günlərdə yerinə yetirməsə, SOCAR tərəfindən müvafiq hüquqi addımlar atılacaq\”.
Qeyd edək ki, \”ebay.com\” alış-veriş portalında üzərində Azərbaycanın təhrif olunmuş xəritəsi və neft yataqlarının foto və məlumatları olan souvenir satışa çıxarılıb. Bu haqda foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İnterpress.az