Demək olar ki, bütün növ yeməklərə əlavə edilən bu tərəvəz immuniteti gücləndirir, bədəni qüvvətləndirir, zehni yorğunluğu aradan qaldırır. Həmçinin, qrip və astmaya qarşı da faydalıdır.
Alimlər min bir dərdin dərmanı olan soğan qabığının da orqanizm üçün faydalı olduğunu aşkarlayıb.
“WeightLossResources”da yayımlanan araşdırmanın nəticələrinə görə, soğan qabığı xolesterinin səviyyəsini aşağı salır. Mütəxəssislər soğan qabığının ehtiva etdiyi “quercetin” adlı bitki piqmentinin, həmçinin, təzyiqi aşağı saldığını və damarlara faydalı olduğunu bildirib.
Ona görə də, yeməklərə soğanla yanaşı, onun qabığını da əlavə etmək məsləhət görülür. Qabıqlar yemək süfrəyə verilmədən öncə çıxarılmalıdır. (qadinruhu.az)
İnterpress.az