Rusiyada yeni kosmik sistem hazırlanırbackend

Rusiyada yeni kosmik sistem hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kommersant” nəşri xəbər verir ki, yeni sistem “Persona” tipli peykləri əvəz edəcək.

Müdafiə Nazirliyi və müdafiə sənayesindəki mənbələr nəşrə bildiriblər ki, Rusiya kosmik qoşunları və Samara “Proqres” raket-kosmik mərkəzi artıq “Razdan” 14F156 tipli peyklərin texniki planlaşdırılması üzrə konsultasiyalar aparır. Gözlənildiyi kimi, birinci belə peyk 2019, ikincisi 2022, üçüncüsü isə 2024-cü ildə Plesetsk kosmodromundan buraxılacaq.

Qəzetin həmsöhbətlərindən biri qeyd edib ki, “Razdan” özünün bütün sələflərindən daha üstün olacaq. Üçüncü və sonrakı aparatlar diametri 2 metrdən çox olan yeni teleskopla təchiz ediləcək. Zverev adına Krasnoqorsk zavodu teleskopu istehsal edəcək.

“Kommersant” xatırladır ki, hazırda hərbçilər “Persona” tipli peyklərdən istifadə edirlər. Bu peyklər 2008-2015-ci illərdə buraxılıb. Nəşrin məlumatına görə, Suriyadakı əməliyyatlar zamanı bu peyklər kifayət etməyib. Hərbçilər “Resurs” və “Kanopus” tipli mülki peykləri hərbi kampaniyaya cəlb etməli olub.(publika)

İnterpress.az