Çörəyin bahalaşmasına nə səbəb oldu? AÇIQLAMAbackend

Çörəyin bahalaşmasına nə səbəb oldu? AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
\”Çörəyin qiymətini bazar tənzimləsə də bu vaxta qədər dövlət tərəfindən müxtəlif formalarda tənzimlənib. Hökumət bir tərəfdən un idxalına tətbiq edilən ƏDV-ni müvəqqəti götürməklə qiymət artımını əngəlləməyə çalışıb\”.

Bunu iqtisadçı ekspert Samir Əliyev çörəyin qiymətinin bahlaşmasına münasibət bildirərkən İnterpress.az-a deyib.

\”Digər tərəfdən də inzibati yolla bunun qarşısını almağa çalışb.

Ancaq zaman ötüdükcə xammalın bahalaşması çörəyin qiymətinin artmasını labüd edir. Üstəgəl bu yaxınlardan içməli suyun və eletrik enerjisinin bahalaşması da çörəyn maya dəyərinin artmasına səbəb olub. Əhalimiz çörək yeməyə meyilli olduğu üçün digər ərzaq məhsullarından fərqli olaraq onun bahalaşmasını ailələr daha tez hiss edir. Xüsusilə də kasıb təbəqə üçün bu addım daha ağrılı keçir.
Hökumət çörəyin qiymətini inzibati yox, iqtisadi yolla alması daha məqbuldur. Bunun üçün çörək istesalçılarına müəyyən vergi güzəştini tətbiq etməklə, yerli taxılçılığı inkişaf etdirməklə buna nail ola bilər”.

Gülşanə Mustafayeva

İnterpress.az