Prezident İlham Əliyev Peru Prezidentini təbrik edibbackend

Prezident İlham Əliyev Peru Prezidentini təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbrik məktubunda deyilir: \”Hörmətli cənab Prezident, Peru Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyirəm\”.

İnterpress.az