Dünyanın ən axmaq QANUNLARIbackend

Dünyanın ən axmaq QANUNLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələn, Kanadanın Nova Scotia əyalətində yağış zamanı otu sulamaq qadağandır.
Digər əyalətdə, Quebecdə isə sarı rəngdə marqarin satmaq qadağandır.

Alberta əyalətinin kiçik bir şəhərində vanna 10 sm-dan aşağı su doldurmaq olmaz.
Sinqapurda evdə lüt gəzmək istəsəniz, ehtiyatlı olun, siz qanun çərçivəsini aşmış olacaqsınız.
Ohio ştatında bir-birinizə sürünən ata bilmərsiniz.
Los-Ancelesdə xanımınızı iki düymdən(5 sm) enli kəmərlə döyə bilmərsiniz. Əks halda, törətdiyiniz cinayət əvəzində daha ağır cəza ilə üzləşəcəksiniz.

İdaho ştatında dəvə üzərində oturub balıq tuta bilməzsiniz.
Alyaskada diri sığınları təyyarədən atmaq olmaz.
Pensacala şəhərində elektrik cihazının su ilə təması nəticəsində ölən qadınlar 100$ cərimə ödəməlidirlər.
Miamidə velosipedin siqnalı olmazsa, onu sürə bilmərsiniz. Digər tərəfdən, həmin siqnallardan istifadə qadağandır.

Pensilvaniyada bir evdə 16-dan çox qadın yaşaya bilməz. Daha artıq say, bordel anlamına gəlir. Kişilər isə, bir evdə 120 nəfərə qədər məskunlaşa bilər.
Nebraskada balina ovlamaq qadağandır (Nebraskanın dənizə belə çıxışı yoxdur!). Konnektikut ştatının Devon şəhərində gün batandan sonra, arxaya-arxaya yerimək qadağandır.
Nyu-Yorkda isə travmaydan dovşan ovlamaq qadağandır.

İnterpress.az