Bunu \”Report\”a açıqlamasında Bakının Xətai rayonu ərazisində yerləşən “Gilan Holdinq” MMC-yə məxsus Azərbaycanın aparıcı çörək istehsalçılarından olan 1№-li Çörək Zavodunun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, adətən qiymətlərin bahalaşması planlaşdırılarkən bu barədə 10 gün öncədən zavodun bütün tərəfdaşları (pərakəndə satış məntəqələrinə) xəbərdar edilir: \”Ümumiyyətlə, qiymətlərin necə dəyişəcəyi yaxın 1-2 ay ərzində məlum olacaq. Çünki bu gün Azərbaycanda bir çox mal və xidmətlərin qiyməti yüksəlib. Odur ki, bəzi şirkətlər bu səbəbdən məhsullarının qiymətini yüksəldib. Lakin 1№-li Çörək Zavodunun qiymət siyasətində hələlik dəyişiklik olmayıb\”.
İnterpress.az