Dövlət Departamenti Gülənin ABŞ-dan qaçmasını təkzib etmədibackend

Dövlət Departamenti Gülənin ABŞ-dan qaçmasını təkzib etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

C.Kirbi ABŞ Ədliyyə Nazirliyinin sənədlə məşğul olduğunu açıqlayıb:

“Sənədi öyrənirik. Esktradisiya məsələsinə xüsusi hüquqi aspektdə baxılır və biz bu prosesə hörmətlə yanaşacağıq\”.

Kirbi Gülənin Türkiyəyə ekstradisiyası məsələsi ilə bağlı \”hadisələr hər hansı istiqamətdə inkişaf etmir\” ifadəsini işlədib.

O, F.Gülənin ABŞ-dan qaçması ilə bağlı yayılan xəbərlərə belə cavab verib:

“Bu məsələ Dövlət Departamentinin deyil, Ədliyyə Nazirliyi və hüquq-mühafizə orqanlarının nəzarətindədir. Bundan başqa heç nə deyə bilmərəm\”.

Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi Piter Karr da Fətullah Gülənin ölkədən qaçıb-qaçmaması ilə bağlı suala cavabsız yanaşıb:

“Türkiyənin Ədliyyə Nazirliyi Gülənin ekstradisiyası ilə bağlı sənədi bizə təqdim edib və biz sənədin təhlili ilə məşğuluq”.

İnterpress.az