Nostradamusun 2016-ci il üçün proqnozu “Dünya…”backend

Nostradamusun 2016-ci il üçün proqnozu “Dünya…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici mətbuat xəbər verir ki, mütəxəssislər məşhur astroloq, kahin və münəccim Nostradamusun öncəgörmələrindən birini oxuyub. Onun proqnozlarından bəziləri artıq reallaşmağa başlayıb. Məsələn, miqrantların Avropaya axını və Yaxın Şərqdəki mövcud vəziyyət.

Alimlər iddia edirlər ki, Nostradamus Barak Obamanın ABŞ-ın son prezidenti olacağını deyib. Üstəlik, 2016-cı il ümumiyyətlə dünyanın sonu ola bilər. Belə ki, ilin sonunda qlobal tufan nəticəsində dünya su altında qala bilər. Nostradamus böyük dövlətlər arasında təbii sərvətlər uğrunda qarşıdurma yaranacağı haqda da xəbərdarlıq edib. Alimlərin sözlərinə görə, burada söhbət Rusiya və ABŞ-dan gedir.

XVI əsrin filosofu əmindir ki, bəşəriyyət bu ilin sonunadək yad planetlilərlə əlaqə yaratmağa nail olacaq. Bu fonda məşhur fizik Stiven Xokinqin fantastik şərhi qəribə səslənir. Məsələ ondadır ki, bu yaxınlarda kosmosdan sirli siqnallar qeydə alınıb. (publika.az)

İnterpress.az