Avtobus çaya düşdü: 21 nəfər həlak olubbackend

Avtobus çaya düşdü: 21 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, insident iyulun 30-da Federal İdarəli Qəbilələr Ərazisinin Xeybər regionunda baş verib. Toydan qayıdan 21 sərnişini daşıyan mikroavtobus Tabai ərazisində çayı keçməyə cəhd edərkən suyun axınına düşərək batıb.

Xilasedicilər aparılan əməliyyatlar nəticəsində avtomobildəki cəsədləri çıxarmağa nail olub. Hazırda onlar Landi-Kotal şəhərinin hospitalına aparılıb.

Qeyd edək ki, regionda davam edən musson yağışları bir çox çayın məcrasından çıxmasına və geniş əraziləri basmasına səbəb olub. (xəzər.tv)

İnterpress.az