Çörəyin bu növünü alın – ürəyi qoruyur, xərçəngin qarşısını alırbackend

Çörəyin bu növünü alın – ürəyi qoruyur, xərçəngin qarşısını alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adi çörəkdən fərqli olaraq bu çörəkdə taxılın bütün faydalı xüsusiyyətləri saxlanılır. Tamdənli çörək vitaminlər, minerallar, qidalı liflər, antioksidantlar və s. faydalı maddələrlə zəngindir.
Alimlər tamdənli çörəyi çox faydalı, müalicəvi məhsul hesab edir. Çoxsaylı araşdırmalar göstərib ki, tamdənli çorəyin qəbulu ürək-damar sisteminin, xərçəngin, şəkərli diabetin riskini azaldır, qanda \”pis\” xolesterinin səviyyəsini aşağı salır.
Qidalı liflərlə zəngin olan tamdənli çörək bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir.
Həmçinin belə çörək bədən çəkisinə nəzarət edən insanlar üçün uyğundur. Mürəkkəb karbohidratlarla zəngin olan tamdənli çörək insanda tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır. (saglamolun.az)

İnterpress.az