İyulun 28-də naməlum şəxs Özbəkistan vətəndaşı Dürdanə Abdullayevanın 500 ABŞ dollarını alıb.
Dürdanə Abdullayeva dələduzluqla üzləşməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə məlumat verib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dürdanə Abdullayevanın dələduzluq yolu ilə pulunu alan Astara rayon sakini Famil İsmayılov saxlanılıb. (teleqraf.com)
İnterpress.az