Mayın 20-də ölkə parlamenti Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə «28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» layihəni qəbul edib.
Bu Aktın bütünlükdə 10 min şəxsə şamil ediləcəyi açıqlanmışdı. Onlardan 3 min 500 məhbus azadlığa çıxmalıdır.
Amnistiya böyük ictimai təhlükə törətməyənləri və az ağır cinayətlərdən məhkum edilmiş qadınları, cinayət törədərkən 18 yaşına çatmayanları əhatə edir. Bu Aktdan 1-ci və 2-ci qrup əlillər, 60 yaşına çatmış kişilər, əlil övladı olub yetkinlik yaşına çatmayanlar da yararlanmalıdır. Akt Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərə qatılanların, məcburi köçkünlərin və bəzi digər kateqoriyalardan olan şəxslərin də həbsdən buraxılmasını ehtiva edir.
Məntəqə tipli müəssisələrdə cəzasının çəkilməmiş hissəsi 1 ili aşmayanlar, islah işlərinə cəlb edilənlər, şərti və digər qruplara daxil olan bir sıra məhkumlar da amnistiya düşürlər.
Amnistiya Aktının 4 ay ərzində icra ediləcəyi bildirilmişdi. (apa)
İnterpress.az