Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat saat 18:00-da başa çatıb.
Digər hadisə isə Xəzər rayonu ərazisində baş verib. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat saat 18:20-də başa çatıb. (moderator.az)
İnterpress.az