Suriyadan Türkiyəyə yeni köç dalğasının gəldiyi vurğulanıb.
Məlumata görə, Suriya mediasında yayılan görüntülərdə əksəriyyəti qadın və uşaqlardan ibarət olan mülki əhalinin təhlükəsizlik qüvvələrinin nəzarəti altında hərəkət etdiyi, bəzilərinin isə avtobuslara mindirildiyi bildirilib. Onlarla miqrantın Türkiyə-Suriya sərhədinə çatdığı da deyilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya tərəfi mülki şəxslərə və təslim olan müxalif döyüşçülərə Hələbin mühasirəyə alınmış bölgələrindən çıxmaq üçün “humanitar dəhliz” yaradacağını bildirmişdi.
Xatırladaq ki, Rəsmi Ankara hələ 2015-ci ildəki Hələbdən Türkiyəyə doğru yeni köç dalğasının başlayacağını vurğulamışdı.
İnterpress.az