Türkiyə mediası xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, onların əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq: “Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası yaradılacaq.
Bununla yanaşı, hərbi akademiyalar fəaliyyət göstərməyə davam edəcək”.
Məlumat üçün bildirək ki, hazırda ölkədə 4 hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. (modern.az)
Interpess.az