Boşanmaların artmasının iki sirri açıldıbackend

Boşanmaların artmasının iki sirri açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda Harvard universitetinin sosiologiya kafedrasının alimləri boşanmaların sayının artmasının əsas səbəblərini müəyyən etmək üçün geniş tədqiqat aparıblar.

Tədqiqatlara başçılıq edən professor Aleksandr Kilvod 6 mindən çox cütlüyün münasibətlərini araşdırıb. Sorğuda iştirak edənlərin əksəriyyəti xanımın evdarlıq bacarığını ailənin möhkəmliyi üçün əsas amil hesab ediblər. Eyni zamanda alimlərin müşahidələri göstərib ki, boşanmaların əksəriyyətinin digər əsas səbəbi qadınların kişilərdən maliyyə asılılığını itirməsidir.

Beləliklə, ailələrin dağılmasının əsas iki səbəbi bunlardır:
-qadının evdar olmaması, yaxud ümumiyyətlə, ev işlərini görməkdən imtina etməsi;
-xanımların ərlərindən maliyyə asılılığını itirməsi, yəni qazanclarının kişilərinkindən yüksək olması və ya kişinin ümumiyyətlə, işləməməsi.

Göründüyü kimi, hər iki hal Azərbaycanda da günü-gündən artmaqdadır. (moderator.az)

Boşanmaların artmasının iki sirri açıldı

İnterpress.az