Yay və qış yerini dəyişə bilər – Proqnozbackend

Yay və qış yerini dəyişə bilər – Proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadalı mütəxəssislər hesab edirlər ki, qışla yayın yerlərini dəyişməsi yeni iqlim fəlakətinə səbəb ola bilər.

Şimal yarımkürədə okean axını ilə bağlı araşdırma aparan alimlər gözlənilməz halla rastlaşıblar. Belə ki, onlar okean axınının qəflətən ekvator xəttini keçdiyini müşahidə ediblər. Mütəxəssislər düşünürlər ki, bu kimi hallar dünyada ciddi iqlim dəyişikliyinə gətirib çıxara bilər.

Əgər okean axınının istiqamətində dəyişikliklər davam etsə, qış yayla əvəz olunacaq. Bu isə bir çox fəsadlara səbəb olacaq. Məsələn, qlobal iqlim dəyişikliyi kənd təsərrüfatı üçün ciddi təhlükə yaradır. Alimlərin verdiyi proqnoz özünü doğrultsa, ərzaq qıtlığı yarana bilər, bu isə aclığa və müharibələrə gətirib çıxara bilər. (lent.az)

İnterpress.az