Əvəz Zeynalının “ Qaynar Qazan” rubrikasında Arif Hacılının müsahibəsindən sonra Rauf Arifoğlu Arif Hacılıya məktub ünvanlayıb.
Məktuba cavab olaraq isə “Müsavat” Partiyasının başqanı Arif Haacılı öz Facebook səhvəsində Rauf Arifoğlu ilə bağlı qısa yazı paylaşıb:
“Demişəm ki, Rauf Arifoğlu İlham Əliyevə təslim olub.
Ya de ki, təslim olmamışam, ya cəsarətin çatmırsa sus.
Yoxsa haqqımda nə böhtanlar yazırsan? Nə əfsanələr uydurursan?”
“Müsavat” Partiyasının başqanı ilə Musavat.com saytının baş redaktoru arasında yaşanan gərginlik digər üzvlərə də sıçrayıb. “Müsavat” qəzetin baş direktoru Ələsgər Süleymanov və yazarı Elşad Paşasoy da Müsavat partiyasından istefa veriblər.
İnterpress.az