Metroda kondisioner niyə quraşdırılmır?backend

Metroda kondisioner niyə quraşdırılmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bu məsələ süni şəkildə qabardılır və çox şişirdilir.
Mıtişi Vaqonqayırma Zavodunun istehsalı olan vaqonlarda kondisionerlər quraşdırılmır.

“Hazırda biz onları kondisionerlə təchiz edilmiş Fransanın “Alstom Transport SA” şirkətinin vaqonları ilə əvəz edirik. Biz Mıtişi Vaqonqayırma Zavodunun istehsalı olan köhnə vaqonlarda kondisioner quraşdıra bilmərik”, – mətbuat xidmətinin rəhbəri deyib.
Qeyd edək ki, son zamanlar metro sərnişinləri Bakı Metropolitenində hava çatışmazlığından çox şikayət edirlər. (virtualaz.org)

İnterpress.az