İnterpress.az Türkiyə mətbuata istinadən xəbər verir ki, saat 06.00-da Petkim ərazisinə gələn əməliyyatçılar işçilərin qaldığı bəzi yataqxanalarda axtarış aparıb. SOCAR Petkim Petrokimya Holding A.Ş. icraçı direktoru Sadettin Qorqud, keçən ay vəzifədən uzaqlaşdırıldıqdan sonra evi və iş otağı polislər tərəfindən axtarışa və nəzarətə götürülmüşdü.
16 nəfər həbs edilib, 15-i isə axtarışda
İzmir Təhlükəsizlik xidmətinin əməliyyatçılarının bu səhər saat 06.00\’da Əliağa rayonunda yerləşən SOCAR Petkim Petrokimya Holding A.Ş.\’ də həyata keçirdikləri əməliyyatda, haqqlarında həbs qərarı verilən 31 nəfərin 16-sı yaxalanıb.
Terrorla Mübarizə, Qaçaqçılıq və Mütəşəkkil cinayətlərlə mübarizə şöbəsinin 1090 nəfərlik polis qrupu tərəfindən nəzarətə alınanlar arasında İcraçı direktorun köməkçisi Məhəmməd Altay Azad, Korporativ Əlaqələr üzrə müdiri Memduh Taşlıcalı, Təhlükəsizlik rəhbəri Təqaüdçü Polkovnik Serhat Özmilli də var.
Polis qrupları satın alma, marketinq başda olmaq üzərə bir çox departamentdə istifadəolunan kompüterlərin yaddaş kartlarına əl qoyub.