Lina Medina 1933-cü ildə Perunun balaca bir şəhərində dünyaya gəlb. Ailədə 9 uşaq olublar. Amma onun uşaqlığı qəflətən sona çatıb. Lina hələ çox balaca olanda qarnı böyüməyə başlayıb və həkimlər bu şişdən şübhələniblər. Rentgen müayinəsindən sonra inanılmaz gerçək ortaya çıxıb: balaca qız 7 aylıq hamilə olub.
Qız ilk oğlu Jerardonu dünyaya gətirəndə 5 yaş 8 aylıq olub. Onun bədəni hələ tam inkişaf etmədiyindən uşağı əməliyyatla götürüblər. 2.7 kq-lıq uşaq tam sağlam olub.
Lina dünyanın bir çox yerində həkimlərin marağına səbəb olub. Aparılan araşdırmalardan sonra bunun erken yetişkənliyə səbəb olan bir xəstəlik olduğu təsdiqlənib. Bu xəstəliyə yoluxan qızların 8 ay və 4 yaşında süd vəziləri tam inkişaf edir.
Lina heç vaxt uşağın atası barədə danışmayıb. Atası şübhəli şəxs qismində həbs olunsa da, qızı ilə münasibətlərinə dair dəlil tapılmadığından sərbəst buraxılıb.
Linanın birinci oğlu Jerardo 40 yaşında ilik xəstəliyindən vəfat edib. O, 10 yaına qədər anasını bacısı bilib. Amma 10 yaşında Jerardoya hıqiqəti söyləyiblər.
Hal-hazırda Lina həyat yoldaşı Paulo ilə Meksikada yaşayır. Onların bir oğlu var və Lina onu 38 yaşında dünyaya gətirib. (publika.az)
İnterpress.az