Bu yay nə qədər uşağa günvurma diaqnozu qoyulub?-Sorğuya Cavabbackend

Bu yay nə qədər uşağa günvurma diaqnozu qoyulub?-Sorğuya Cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı müraciət edənlərdən neçə nəfəri uşaqlar olub? sorğusuna cavab olaraq
İnterpress.az-a bildirilib ki, yalnız iyun ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı müraciət edənlərdən 6 nəfəri uşaq olub. Bu diaqnozla müraciət edənlərdən 15 nəfəri xəstəxanaya yerləşdirilib ki, onlardan 4 nəfəri uşaq olub.

Bundan başqa, TTTYS-dan bildirilib ki, iyun ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 40 nəfər müraciət edib.

Gülşanə Mustafayeva
İnterpress.az