Bunu avqustun 3-də keçirdiyi mətbuat konfransında müxalifətdə olan Qərb yönümlü “İrs” partiyasının lideri Raffi Ovannisyan bəyan edib.
Onun sözlərinə görə, hər bir Ermənistan vətəndaşı “Sasna tsrer”in üzvü ola bilər: “Ancaq onlar antiterrorçular olacaqlar, bizim ölkəmizi ələ keçirən qalstuklu terrorçulara qarşı mübarizə aparacaqlar. Əgər biz işlərin indiki vəziyyətini dəyişməyə nail ola bilməsək, heç kim xarici sərhədlərin itkisinə təəccüblənməyəcək. Onda biz Talış kəndi və yüzlərlə ailə,itirdiyimiz oğullarımız ilə məhdudlaşmayacağıq. Bizim çox az vaxtımız var, çox şey yeni Ermənistanla nəticələnəcək ictimai davranışla bağlıdır”.
O, əlavə edib ki, “İrs”in üzvlərini avqust ayında müxtəlif platformalarda və müxtəlif şəhərlərdə görmək mümkün olacaq.
İyulun 17-də silahlı qruplaşma Ermənistan polisinin Yerevandakı post-patrul alayını ələ keçirib. Qruplaşma üzvləri silahı yalnız iyulun 31-də yerə qoyaraq təslim olublar. (modern)
İnterpress.az