İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qəzetçi Hazal Sönmez vəhşicəsinə döyülüb.
6 aylıq hamilə olan qadının vəziyyəti ağırdır. O, başına gələnləri belə ifadə edib:
“İşdən evə qayıdırdım. Birdən kimsə arxadan mənimn saclarımdan dartdı. Arxaya döndükdə, çarşablı qadın gördüm, ondan nə baş verdiyini soruşanda, o məni açıq paltar geyindiyimə və olkədə baş verən olaylarda ittiham olunan Gülənin tərafdarı olduğumu söylədi”.
Ölmezin dediyinə görə, onu bir kişi və iki qadın döyərək, “Bu gündən artıq bizə tabe olacaqsan və bizim istəyimizə uyğun geyinəcəksən” tapşırığını veriblər:
“2 dəqiqədən sonra yanımıza uzun saqqallı kişi yaxınlaşıb qışqırmağa başladı: “Bu rayonda səndən əlavə izlədiyimiz 4 əlavə adam var, onlara da növbə çatacaq. Daha sonra o, ayağı ilə mənim baldırımdan vuraraq, yoldan keçənləri çağırıb məni linc etdirmək istədi”.
Jurnalistin sözlərinə görə, islamçılar onu hətta o yerə yıxıldığından sonra döyməyə davam ediblər.
Xoşbəxtlikdən Ölmezi yaşlı qadın, islamçılara yalvararaq xilas edib. Əfsuslar olsun ki, Ölmez həkimdən döyülməsinə və aldığı zədələrə görə arayış ala bilməyib.
Amma həkim Hazala polisə şikayət etməyi məsləhət görüb.
Qeyd edək ki, həkim döyülmüş hamilə qadının bətnindəki körpənin saglam doğulmasına zəmanət verməyib.
İnterpress.az