Knessetin mətbuat xidmətindən bildiriblər ki, bu təşəbbüs keçən ilin payızında Fələstin tərəfindən çoxsaylı hücümlara reaksiya kimi qəbul edilib. Bu hadisələrdə 40 nəfər həlak olub və yüzlərlə insan yaralanıb. Dəfələrlə belə hücümlar yeniyetmələr tərəfindən həyata keçirilib.
Yeni qanuna əsasən, məhkəmələr 14 yaşa çatmayan uşaqlara həbsxana cəzasını nəzərdə tutan qərarları verə biləcək. Amma uşaqlar cəzalarını 14 yaşa çatdıqdan sonra çəkəcəklər. 14 yaşa qədər olan uşaqlar isə qapalı tipli internatlarda saxlanılacaqlar.
İnterpress.az