İki bacı dənizdə boğuldubackend

İki bacı dənizdə boğuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Novxanı çimərliyində qeydə alınıb. Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə çimərkən boğularaq ölüblər.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri S. Əliyevanın meyitini taparaq çıxarıblar. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş. ( apa )

İnterpress.az