Günlərlə hava limanında sevgilisinin yolunu gözləyən 41 yaşlı A.P.Cirkin vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilib.
Çinin televizya kanallarından birinə qonaq olan hollandiyalı aşiq verdiyi açıqlamada bildirib ki, iki ay əvvəl tanış olduğu Çangla romantik münasibətləri olub.
Canlı yayıma bağlanan 26 yaşlı çinli qız isə \”Romantik bir əlaqəmiz vardı, amma sonradan sanki mənə qarşı hisslərini itirdi. Bir gün birdən təyyarə biletinin şəkilini göndərdi, amma bunun bir zarafat olduğunu sandım. Sonra da mənimlə əlaqə qurmadı. Onun Çinə gəldiyi ərəfədə isə mən estetik əməliyyat keçirmək üçün başqa şəhərə getmişdim”,- deyə bildirib. (publika.az)
İnterpress.az