Gənc sehrbaz haqqında bundan əvvəl \”Harri Potter və ölümün hədiyyələri\” kitabı ABŞ-da satışa çıxdığı ilk gündə 8,3 milyon nüsxə satılaraq rekord qırmışdı. Kitabın elektron versiyası isə Pottermore saytında oxucuların ixtiyarına verilib.
Əsər Londonda iyulun 30-da səhnələşdirilmiş tamaşanın geniş oxucu kütləsi üçün uyğunlaşdırılmış versiyasıdır. Məşhur amazon.com alış-veriş platforması kitabın satış rəqəmlərini açıqlamasa da, öncədən sifarişlərin rekord göstəriciləri yenilədiyini vurğulayıb.
Dünyada 200-dən çox ölkədə çap olunan və 79 dilə tərcümə edilmiş Harri Potter haqqında kitablar seriyasının ümumi tirajı 450 milyon nüsxədir. (azərtac)
İnterpress.az