Hitlerin sağ əlinin gündəlikləri tapıldıbackend

Hitlerin sağ əlinin gündəlikləri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bild\”xəbər verir ki, sözügedən gündəliklər Podolsk şəhərindəki hərbi arxivdə tapılıb. Gündəlik hissələri 1938, 1943 və 1944-cü illəri əhatə edir.

Sözügedən qeydlərdən məlum olur ki, Himmlerin iş qrafiki çox gərgin olub: o, 1943-1945-ci illəri əhatə edən fəaliyyəti dövründə hərbçilər, polis zabitləri və Nasist Partiyasının nümayəndələri ilə 1600-dən çox görüş keçirib. İstirahət edə bilmək üçün Himmler Buhenvald həbs düşərgəsinin yaxınlığındakı kazinoda vaxt keçirib.
Qeydlərdə Himmlerin səhər minlərlə insanın ölüm hökmünə imza atdıqdan sonra axşam nasist zabitlərinin ziyafətlərində necə iştirak etdiyi də yer alıb.
Hətta gündəlikdə reyxsfürerin massaj seansından sonra 10 polyakın güllələnmə əmrini necə rahatlıqla verdiyi də yazılıb.Bununla yanaşı, qeydlərdən Himmlerin öz qızı Qudrinə tez-tez zəng vurduğu və onu nəvazişlə Puppi adlandırdığı da məlum olur.

Hitlerin sağ əlinin gündəlikləri tapıldı

İnterpress.az