\”Azərsu\” ASC-dən Milli.Az-a verilən məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 04 avqust 2016-cı il tarixində gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə – İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. (milli.az)
İnterpress.az