Yüzlərlə Rio sakini Olimpiya məşəlini etiraz aksiyası ilə qarşılayıbbackend

Yüzlərlə Rio sakini Olimpiya məşəlini etiraz aksiyası ilə qarşılayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\” BBC-yə istinadən xəbər verir ki, Olimpiya məşəlinin rəsmi qarşılanma mərasimində polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yerli KİV hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, bir qrup nümayişçi məşəlin keçməli olduğu yolu bağlayıb.

Qeyd edək ki, dünən gecə Olimpiya məşəli açılışı avqustun 5-də olacaq Oyunlar ərəfəsində yelkənli gəmidə Rio-de-Janeyroya gətirilib. Məşəli şəhər meri Eduardo Paes qarşılayıb.
Əvvəlcədən Olimpiya məşəlinin bütün şəhər daxilində, o cümlədən, yoxsul rayonlarda nümayiş etdirilərək İsa Məsihin heykəlinin yanına, sonra isə \”Marakana\” stadionuna aparmaq planlaşdırılırdı. Lakin etiraz aksiyasından sonra marşrut bir qədər dəyişdirilib.

İnterpress.az