\”Pajhwok\” agentliyi xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Xəsarət alanlar arasında Ləğman vilayəti Şurasının rəhbəri də var. Polisin versiyasına görə, hücumun da məqsədi məhz Şura rəhbəri olub.
Bu ana qədər regionda mövcud olan terror qruplaşmalarından heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib. (musavat)
İnterpress.az