Bunu Respublika Klinik Xəstəxananın baş həkimi Telman İbadov deyib.
Baş həkim qeyd edib ki, əgər 4-5 il öncə Azərbaycanda 500 nəfər dializ müalicəsi alırdısa, bu gün onların sayı 3 mindən çoxdur.
Onun sözlərinə görə, hazırda Respublika Klinik Xəstəxanada 130 nəfər dializ xəstəsi qeydiyyatdadır. T. İbadov vurğulayıb ki, il ərzində xəstəxanaya ən çox ürək-damar, mədə, böyrək xəstəlikləri ilə bağlı müraciətlər daxil olur.
Baş həkim onu da bildirib ki, xəstəxanada ölüm faizi çox aşağıdır: “Hər 1000 xəstəyə 4 ölüm düşür ki, bu da inkişaf etmiş Avropa ölkələri səviyyəsindədir”(apa)
İnterpress.az