Yanan bina ilə bağlı məhkəmədə laboratoriya rəhbəri ifadə veribbackend

Yanan bina ilə bağlı məhkəmədə laboratoriya rəhbəri ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Hakim qeyd edib ki, zərərçəkmişlərin böyük əksəriyyəti dindirilib, lakin 27 zərərçəkmiş məhkəməyə gəlməyib və onların barəsində məcburi gətirilmə qərarı çıxarılıb. O təklif edib ki, digər zərərçəkmişlər prosesə gələnə qədər təqsirləndirilən şəxslər ifadə versinlər.

Təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov və Qəzənfər Novruzov ifadə verməyə hazır olmadıqlarını deyiblər.

“Dərnəgül Boru\” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov isə ifadəsində təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını və özünü təqsirli bilmədiyini deyib. Onun sözlərinə görə, poliuretan materialı laboratoriyada dəyərləndirilib və materialın çətin yanan olduğu müəyyənləşib. O qeyd edib ki, yalnız 2010 və 2011-ci illərdə materialın sınaq yoxlamasını keçiriblər: \”Bundan sonra çətin yanan material kimi rəy protokolunu imzaladım. Mənim əsas iş yerim Bakı Dövlət Universitetidir. Mən bu zavodda yalnız müqavilə əsasında məsləhətçi kimi çalışmışam\”.

Proses avqustun 11-də davam etdiriləcək.

Interpress.az