Müdafiə nazirinə sui-qəsd cəhdi olubbackend

Müdafiə nazirinə sui-qəsd cəhdi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın \”RİA Novosti\”agentliyinə istinadən verdiyi məlumata görə, X. əl-Obeydinin olduğu avtomobil karvanı İmam Qərib kəndi yaxınlığında avtomat silahlardan və minaatanlardan atəşə tutulub.

İraq Müdafiə Nazirliyi hücum zamanı müdafiə nazirinin, o cümlədən avtomobil karvanında olanlardan heç kimin xəsarət almadığı, ölən olmadığı barədə məlumat yayıb.
Sui-qəsd cəhdi ilə bağlı hələlik heç bir radikal qrupa qarşı ittiham irəli sürülməyib.

İnterpress.az