Bunu İnterpress.az-ın fiziki məhdudiyyətli şəxslər üçün pandusların açılmaması ilə bağlı sizə nə qədər şikayət daxil olub? sualına cavab olaraq “Baku Bus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib.
“Baku Bus” MMC-nin avtobuslarINda fiziki qüsurlu sərnişinlərlə bağlı heç bir problem yoxdur. Sürücülər bu şəxslərin avtobusa minməsinə kömək edirlər\”.
Bundan başqa, M.Piriyev “Baku Bus” MMC-nin uşaqlar üçün əl arabalarının salona daxil olunmamasına icazənin olub olmaması məqamına da toxunub:
“Baku Bus” MMC-nin avtobuslarının salonlarına uşaq arabalarının daxil edilməməsi ilə bağlı bir qadağamız yoxdur. Sadəcə olaraq tövsiyyə edirik ki, sərnişinlərimiz, xüsusəndə valideynlər salona uşaqlar üçün nəzərdə tutulan əl arabası yığıb daxil olsunlar ”-deyə əlavə edib.
Gülşanə Mustafayeva
İnterpress.az