İnterpress.az Milli Hidrometereologiya Departamentinin məlumatına əsasən xəbər verir ki, Bakı və Abşeron yarımadasında avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.
Azərbaycanın rayonlarında avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.
İnterpress.az