Ankara Təhlükəszilik İdarəsində böyük ŞOKbackend

Ankara Təhlükəszilik İdarəsində böyük ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, MİT 15 iyul çevriliş cəhdinin ardından təşkilat üzvlərinin öz aralarında xəbərləşmək üçün istifadə etdikləri \”ByLock\” adlı telefon tətbiqinin şifrələrini qırmağı bacarmışdı.

MİT-in çalışması ilə FETÖ mənsublarının bu tətbiqi istifadə edərək yazışmaları aydın olmuşdu. MİT, bu yolla 53 min nəfərlik bir siyahı üzə çıxartdı. Bu siyahıdakı ictimai vəzifəlilərin adları açıqlandı: Ankara Respublika Prokurorluğunun FETÖ istintaqı çərçivəsində əməliyyatları icra edən ən əhəmiyyətli vahidlərdən biri Ankara Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi. Bu şöbənin müdir müavini B.Ç.-nin adının \”ByLock\” siyahısında çıxması hamını çaşdırdı. B.Ç.-nin nəzarətə alındığı və dindirildiyi bilindi. Qeyd edək ki, B.Ç. bu vəzifəyə keçən il təyin edilmişdi.

İnterpress.az