İnterpress.az Apa-ya istinadən bildirir ki, ötən həftə Filippin-İndoneziya sərhədi yaxınlığında girov götürülən iki balıqçı terrorçuların əlindən qaçaraq xilas olub.
Aprel ayında Filippin ekstremistləri girov götürdükləri Kanada vətəndaşı Con Ridsdeli edam etmişdilər. Terrorçular onun azadlığa buraxılması üçün 6,5 milyon dollar tələb edirdilər.
Qeyd edək ki, \”Əl Qaidə\”nin yerli qanadı olan \”Əbu Səyyaf\” qruplaşması Filippinin cənubunda 20 ildir ki, fəaliyyət göstərir. 2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan həyatını itirib.
İnterpress.az