\”Report\” xəbər verir ki, bu barədə \”Detick\” xəbər portalı məlumat yayıb.
Hazırda yerli hakimiyyət orqanları vulkanın kraterindən 7 km. məsafədə ərazini tam olaraq bağlayıblar. Birinci kül püskürməsi avqustun 24-də qeydə alınıb, gün ərzində vulkan fəallığını davam etdirib, havaya qalxan tüstünün və qızmar hissəciklərin hündürlüyü 3,5 km.-ə çatıb.
Sinabunq fəaliyyətdə olan vulkan hesab edilir, o, dəniz səviyyəsindən 2460 metr yüksəklikdə yerləşir.
İnterpress.az