İnterpress.az xəbər verir ki, Patrik Hardisonun üzü 2001-ci ildə faciəvi şəkildə yandı. Hardison, üz nəqli əməliyyatı üçün könüllü olaraq müraciyyət etdi və keçən il arzusunda olduğu əməliyyat reallaşdı.
Üz nəqli əməliyyatının üstündən bir il keçmiş olmasına baxmayaraq, nəticələr ümid verici.
Beş uşaq atası Hardisonuın ifadəsinə görə, qəzadan sonra öz uşaqları da daxil olmaqla bir çox insan ona qorxu dolu gözlərlə baxırmış.
Əməliyyat sonrası özünü çox yaxşı hiss etdiyini deyən Hardison:
\”İndi hər kəsin qorxduğu bir görüntüm yoxdur. Gündəlik həyatıma normal insanlar kimi davam edə bilirəm, ortalama bir görüntüm var \” dediı.
Estetik cərrah Dr. Eduardo Rodriguezin başçılığı altında keçirilən əməliyyat 26 saat davam etdi.
Hardison üçün velosiped qəzasında ölən 26 yaşındakı David Rodebanhunun üzü istifadə edildi.
Patrik Hardisonun yanğında yaralanmadan əvvəlki halı.
İnterpress.az